“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şabranda yüksək nəticə göstərən məzun və olimpiada qalibləri mükafatlandırılıb

20/09/2026, 20:28
xeber1

10 sentyabr 2026-cı il tarixində Şabran Rayon İcra Hakimiyyətinin inzibati binasında Şabran Rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran Rayon Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə dəyirmi masa arxasında görüş keçirilib. Tədbirdə qəbul imtahanlarında yüksək bal toplayan məzunlar, eləcə də respublika fənn olimpiadalarının və müsabiqələrin qalibləri iştirak ediblər.

​Görüşdə Şabran Rayon İcra Hakimiyyətinin birinci müavini Hüseyn İlyasov, Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri İlkin Ağayev, Şabran Rayon Təhsil Sektorunun müdiri Emin Mövsümov, Elm və Təhsil İşçiləri Şabran Rayon Komitəsinin sədri Seymur Qədəşov, Şabran Şəhər Bələdiyyəsinin sədri Fidan Fərzəliyev və ümumtəhsil məktəblərinin direktorları çıxış edərək yüksək nəticə göstərən gəncləri samimi qəlbdən təbrik edib, onlara gələcək təhsil və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.

​Çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından söhbət açaraq, qazanılan bu nailiyyətlərin şagirdlərin gərgin əməyinin, müəllim zəhmətinin və valideyn dəstəyinin bəhrəsi olduğunu vurğulayıblar. Tədbirin sonunda yüksək bal toplayan məzunlara və müsabiqə qaliblərinə fəxri fərmanlar, xatirə hədiyyələri təqdim olunub və xatirə fotosu çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: