Xəbərlər
Şabranın təhsil işçiləri Qusara ekskursiya edib
16/11/2026, 15:11

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə Şabran Rayon Təhsil Sektorunun əməkdaşları Qusar rayonunda yerləşən “Ay işığı” istirahət mərkəzinə ekskursiya ediblər.
Ekskursiya çərçivəsində Təhsil sektorunun mühasibi Məmmədova Kəmalə xanımın 65 illik yubileyi münasibətilə ona fəxri fərman və qiymətli hədiyyə təqdim olunub.
Göstərilən diqqət və qayğıya görə ETİHİ Respublika Komitəsinə təşəkkürümüzü bildirir, Kəmalə xanımı yubileyi münasibətilə bir daha təbrik edirik!




