Xəbərlər
Şabranlı təhsil işçilərinin Şahnabat istirahət mərkəzinə ekskursiyası təşkil edilib
23/06/2026, 17:41

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 20 iyun 2026-cı il tarixində Şabran şəhər 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün Qusar rayonunun Şahnabat istirahət mərkəzinə ekskursiya təşkil olunmuşdur.
Qusarın füsunkar təbiətində keçən gəzinti zamanı müəllimlər kollektiv şəkildə xoş zaman keçirib, iş rejimindən uzaqlaşıb və səmərəli dincəliblər. Təhsil işçiləri asudə vaxtlarının bu cür maraqlı təşkilinə, onlara göstərilən diqqət və yaradılan şəraitə görə ETİHİ Respublika Komitəsinə dərin təşəkkürlərini bildiriblər.






