Xəbərlər
Şagirdlər arasında basketbol yarışı keçirilib
13/11/2026, 10:02

ETİHİ Gəncə Şəhər Komitəsinin və Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə şagirdlər arasında basketbol yarışı keçirilib.
Yarışda oğlan və qız komandaları arasında ayrı-ayrılıqda basketbol üzrə qarşılaşmalar təşkil olunmuş, iştirakçılar öz idman bacarıqlarını nümayiş etdirərək qalibiyyət uğrunda mübarizə aparmışlar.
Tədbirin əsas məqsədi şagirdlər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gənc nəslin fiziki inkişafına dəstək olmaqdır.
Yarışın sonunda qalib komandalar mükafatlandırıldı.






