“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şagirdlər arasında narkomaniyaya qarşı maarifləndirici görüş keçirilib

26/10/2026, 10:47
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan 211 nömrəli tam orta məktəbdə 10–11-ci sinif şagirdlərinin iştirakı ilə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə mövzusunda maarifləndirici görüş keçirilib.


Görüşdə Nəsimi Rayon Polis Şöbəsinin rəisi Vüqar Ağayev və polis əməkdaşları iştirak ediblər. Şagirdlərlə aparılan söhbət zamanı narkotik vasitələrin insan sağlamlığına, həyatına və gələcəyinə vurduğu zərər, zərərli vərdişlərdən qorunma yolları, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə hüquqi məsuliyyət və sağlam həyat tərzinin əhəmiyyəti diqqətə çatdırılıb.


Maarifləndirmə çərçivəsində mövzuya dair videoçarx nümayiş etdirilib, şagirdlərə məlumatlandırıcı bukletlər paylanılıb. İştirakçıların sualları cavablandırılıb, onlara zərərli vərdişlərdən uzaq durmaq, sağlam seçimlər etmək və təhlükəsiz həyat tərzinə üstünlük verməklə bağlı tövsiyələr verilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: