“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şagirdlərin ifasında səsləndirilən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.Yubilyar təşkilatçılar tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

02/07/2026, 10:09
xeber1

İsmayıllıda Əməkdar müəllim Şəfaqət Rəsulovun 75 illik yubileyi keçirildi.


Bu gün İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı rayon təhsil sektoru, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə əməkdar müəllim Şəfaqət Rəsulovun 75 illik yubileyi H.Əliyev adına Mədəniyyət sarayında təşkil edildi.


Yubiley mərasimində İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının müavini Eyyub Musayev, veteran müəllimlər, məktəb direktorları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak etdi. 


Çıxış edərək Şəfaqət müəllimi yubiley yaşı münasibətilə təbrik etdik, ən xoş arzularımızı çatdırdıq. 


Digər natiqlər həmçinin yubilyarı təbrik edərək şərəfli ömür yolundan, təhsil sahəsində qazandığı uğurlardan, nailiyyətlərdən ətraflı bəhs etdilər. 


Şagirdlərin ifasında səsləndirilən şeirlər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. 

Yubilyar təşkilatçılar tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldı.


Tədbirin ərsəyə gəlməsində zəhmət çəkmiş hər kəsə, xüsusilə İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı cənab Nahid Bağırova, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar Soltana, İsmayıllı rayon H.Əliyev adına Mədəniyyət sarayının rəhbərliyinə və əməkdaşlarına, İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta məktəbin rəhbərliyinə və kollektivinə, ifaları ilə hər birimizi heyran edən şəhər 1 və 6 nömrəli tam orta ümumtəhsil məktəblərinin şagirdlərinə və aparıcımız Qədir Məmmədova dərin təşəkkürümüzü bildiririk. 


Bir daha dəyərli Şəfaqət müəllimi 75 illik yubileyi münasibətilə rayonumuzun təhsil ictimaiyyəti adından təbrik edir, can sağlığı, firavan həyat arzulayırıq. Sağlam və bəxtəvər yaşayın, hörmətli Şəfaqət müəllim.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: