“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şagirdlərlə “Mən nəyi sevirəm və nə edirəm?” mövzusunda görüş keçirilib

04/11/2026, 12:13
xeber1

02 noyabr 2026-cı il tarixində 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində 5-ci sinif şagirdlərinin iştirakı ilə “Mən nəyi sevirəm və nə edirəm?” mövzusunda maarifləndirici tədbir keçirilib.


Göyçay rayonu Alxasava kənd tam orta ümumtəhsil məktəbin psixoloqu Billurə Əzimova və UBR Sevinc Eyyubovanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərin maraq və bacarıqlarının müəyyənləşdirilməsi, özünüifadə, fərdi seçim və hüquqlarını dərk etmələri məsələlərinə toxunulub.


Tədbir zamanı şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların düşüncələri və maraqları dinlənilib. Həmçinin uşaqların öz fikirlərini sərbəst ifadə etmələrinin və fərdi xüsusiyyətlərinə hörmətlə yanaşılmasının əhəmiyyəti vurğulanıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: