Xəbərlər
Sağlam gələcək naminə: narkomaniyaya qarşı maarifləndirici görüşlər

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xocalı Rayon Komitəsi tərəfindən gənclər arasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği məqsədilə məktəblərdə yuxarı sinif şagirdləri ilə maarifləndirici görüşlər keçirilib.
Görüşlər zamanı narkotik vasitələrin insan sağlamlığına, gənclərin gələcəyinə və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Şagirdlər zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzinə üstünlük verməyə və gələcəyin sağlam, məsuliyyətli vətəndaşları olmağa çağırılıblar.
Bu cür maarifləndirici görüşlərin əsas məqsədi gənclərin sağlamlığının qorunması, narkomaniyanın fəsadları barədə məlumatlılığın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.











