Xəbərlər
Sağlam gələcək naminə narkomaniyaya "Yox" deyək! mövzusunda növbəti maarifləndirici görüş keçirilib

Samux rayon Milli Qəhrəman Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta ümumtəhsil məktəbində “Sağlam gələcək naminə narkomaniyaya "Yox" deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir zərərli vərdişlərdən qorunma, fiziki və mənəvi baxımdan sağlam yetişdirilmə məqsədilə təşkil olunub. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının məktəb üzrə ilk təşkilat sədri, məktəb rəhbərliyi, pedaqoji heyət, gənc müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edənlər narkomaniya və onun fəsadları, narkomaniyanın insan orqanizminə vurulduğu sağalmaz yaralar, cəmiyyətə və ailələrə gətirdiyi faciələrdən bəhs edən məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıblar.







