Xəbərlər
“Sağlam gələcək, sağlam seçimlərdən başlayır!”

“Sağlam gələcək, sağlam seçimlərdən başlayır!” Yevlax Rayonu T.İsmayılov adına Kövər Kənd tam orta ümumtəhsil məktəbində Narkomaniya, tütün məmulatları və spirtli içkilərin zərərli təsirləri mövzusunda maarifləndirici görüş keçirilib.
Tədbirdə Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işi üzrə təşkilatçı Həsənli Aynur, məktəb psixoloqu Cəfərova Vüsalə və UBTR Musayeva İradə və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüş zamanı şagirdlərə zərərli vərdişlərin yaranma səbəbləri, onların fiziki və psixoloji sağlamlıq üçün yaratdığı təhlükələr, asılılığın fəsadları, mənfi təsirlərdən qorunma yolları və sağlam həyat tərzinin əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Həmçinin şagirdlərə zərərli təkliflərə qarşı “Xeyr!” deməyin, düzgün seçim etməyin və sağlam gələcək naminə məsuliyyətli davranmağın vacibliyi izah olunub.
Tədbirin sonunda mövzunun daha dərindən mənimsənilməsi və şagirdlərdə maarifləndirici təsirin gücləndirilməsi məqsədilə zərərli vərdişlərin fəsadlarını əks etdirən videoçarx nümayiş etdirilib.








