Xəbərlər
Sağlam gələcək sağlam seçimlərdən başlayır!

12 noyabr 2026-cı il tarixində 235 nömrəli tam orta məktəbdə Vüsalə Cəfərova, Şəhla Gəncəliyeva və Lətifə Zeynalovanın təşkilatçılığı ilə 11 “B” sinif şagirdlərinin iştirakı ilə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş maarifləndirici seminar təşkil edilib.Tədbirdə gənc nəslin sağlam ruhda formalaşmasının, zərərli vərdişlərdən qorunmasının və narkomaniyanın cəmiyyət üçün yaratdığı təhlükələrin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılıb.Seminar çərçivəsində narkotik asılılığının insan həyatına, sağlamlığına və sosial mühitinə vurduğu zərərlərdən bəhs olunub, şagirdlərə sağlam həyat tərzinin üstünlükləri, düzgün seçim etməyin və gələcəyə məsuliyyətlə yanaşmağın əhəmiyyəti izah edilib.Şagirdlərlə aparılan fikir mübadiləsi və müzakirələr onların mövzu ilə bağlı biliklərinin artırılmasına, narkomaniyaya qarşı sağlam mövqelərinin formalaşdırılmasına töhfə verib.Sağlam gənclik, sağlam cəmiyyət və təhlükəsiz gələcək naminə maarifləndirmə işlərinin davam etdirilməsi mühüm əhəmiyyət daşıyır!






