“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Sağlam gənclik–sağlam gələcəyin zəmanətidir”

16/10/2025, 17:43
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin xidmətində olan təşkilatlarda “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda silsilə maarifləndirici tədbirlər keçirilib.

Tədbirlər 36, 39, 57, 178, 212 nömrəli tam orta məktəblərdə və 291 nömrəli Ekologiya liseyində təşkil olunub. Görüşlərdə çıxış edən mütəxəssislər narkomaniyanın insan həyatı üçün yaratdığı təhlükələr, zərərli vərdişlərdən uzaq qalmağın vacibliyi və şagirdlərin cəmiyyətə faydalı fərdlər kimi formalaşdırılması mövzularına toxunublar.

Bundan əlavə, 39 nömrəli tam orta məktəbin 7 “A” sinfində “Zərərli vərdişlərə YOX deyək!” mövzusunda açıq maarifləndirici dərs keçirilib. Dərs açıq havada təşkil olunub, şagirdlər mövzuya uyğun rəsmlər çəkərək sağlam həyat tərzini öz yaradıcılıqları ilə ifadə ediblər.

Belə tədbir, seminar və açıq dərslərin keçirilməsi şagirdlərdə sağlam düşüncə tərzinin və sosial məsuliyyət hissinin gücləndirilməsi məqsədi daşıyır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: