“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sağlam iş mühiti mövzusunda maarifləndirici görüşlər

10/04/2026, 10:07
xeber1

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar olaraq Beynəlxalq Əmək Təşkilatının 2026-cı il üçün müəyyən etdiyi “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizi əsasında ETİHİ Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə xidmətində olan ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər təşkil olunmuşdur.


Tədbirlərin əsas məqsədi iş yerlərində psixososial risklərin azaldılması, işçilərin psixoloji rifahının qorunması, sağlam iş mühitinin formalaşdırılması və əmək münasibətlərində qarşılıqlı hörmət və dəstəyin təşviq edilməsi olmuşdur.


Maarifləndirici görüşlər Xırdalan şəhəri 5 və 9 nömrəli tam orta məktəblərdə, Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbdə və Ceyranbatan 2 nömrəli tam orta məktəbdə keçirilmişdir.


Tədbirlərdə ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov, Komitənin aparıcı mütəxəssisi Türkan Bananiyarskaya, təhsil müəssisələrinin rəhbərləri, psixoloqları və ilk təşkilat sədrləri iştirak etmişlər.


Eyni zamanda ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.


Tədbirlər zamanı iştirakçılara psixoloji təhlükəsizlik, iş stressinin idarə olunması, kollektivdə sağlam ünsiyyətin qurulması, işçi hüquqları və sosial müdafiə mexanizmləri barədə ətraflı məlumat verilmiş, mövzu ətrafında müzakirələr aparılmışdır.


Sonda iştirakçılar tərəfindən iş mühitinin yaxşılaşdırılması, psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi və kollektiv münasibətlərin inkişafı ilə bağlı təkliflər səsləndirilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: