“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!”

15/04/2026, 12:20
xeber1

ETİHİ Ağcabədi Rayon Komitəsinin üzv təşkilatı,Məmməd Aranlı adına Ağcabədi şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin Hamkarlar Təşkilatının sədri Tahirov Kamranın təşkilatçılığı ilə ,görüş təşkil edildi.

Məktəbin direktoru Əlizadə Lətafət müəllim ,sağlam və təhlükəsiz iş mühitinin yaradılması, xüsusilə psixososial rifahın təmin olunması,əmək və sosial hüquqların müdafiəsi, görülən işlər barədə ətraflı məlumat çatdırdı.

Sonda Respublika Fənn Olimpiadasının yarımfinal mərhələsində maksimu nəticə qazanan sagirdlərin fənn müəllimləri ilə yadda qalan görüş oldu.

Əkbərova Səidə Məhərəm qızı ,Qasimzadə Gülsüm Saleh qızı,Zalova Nəzakət Cəmil qızı

Əhmədova Xatirə Məhərrəm qızı,

vəzifə öhdəliklərini layiqıncə yerinə yetirdiklər üçün ETİHİ Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif edildilər.

İttifaq üzvlərini maraqlandıran suallar cavablandırılmış, təklif və müraciətlər dinlənildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: