“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək"

17/04/2026, 18:20
xeber1

Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin binasında valıdeyinlər, şəhid ailələri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin sədri ,qonaqlar Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qeyd olunan 28 aprel -"Ümumdünya Əməyin Mühafizəsi Günü" ilə bağlı "Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək" devizi ətrafında işəgötürən və işçilər arasında maarifləndirici tədbir keçirildi.

Tədbirdə məktəb həmkarlar təşkilatının sədri Hacıyeva Nuridə, çıxış edərək, psixososial iş mühitinin yaradılması istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyətindən geniş məlumat verdi.

Sağlam psixososial iş mühiti hər bir təşkilatın uğurlu fəaliyyətinin əsas şərtlərindən biridir. Bu mühit yalnız işçilərin özünü yaxşı hiss etməsi üçün deyil, eyni zamanda onların potensialını tam şəkildə reallaşdırması üçün vacibdir.

İş yerində psixoloji rahatlıq və sosial münasibətlərin sağlam olması birbaşa işin keyfiyyətinə təsir edir. Əgər işçi özünü təhlükəsiz, dəyərli və dəstəklənən hiss edirsə, o zaman o, işinə daha məsuliyyətli yanaşır, daha yaradıcı olur və qarşıya qoyulan məqsədlərə daha effektiv şəkildə nail olur.

Məruzə ətrafında çıxış edən şəhid anası və məktəbin müəllimi Mehdiyeva Xanım , ETİHİ Ağcabədi Rayon Komitəsinin sədri Arzu Niftalıyeva,məktəbin direktoru Samirə Nəsirova,psixoloq Hüseynova İlhamə və qonaqlar çıxışlarda müxtəlif təkliflər və tövsiyyələr səsləndirildi, qarşılıqlı fikir mübadiləsi aparıldı. Sonda belə tədbirlərin davamlı keçirilməsi diqqətə çatdırıldı.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: