“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək”

21/04/2026, 11:20
xeber1

Ağcabədi rayonu Taynaq kənd R.Quliyev adına tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə ,Taynaq kənd R.Quliyev adına tam orta ümumtəhsil məktəbinin direktoru Tapdıq Behbudov geniş məruzə ilə çıxış edərək sağlam psixososial iş mühitinin yaradılmasının müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. O bildirib ki, təhsil müəssisələrində yalnız fiziki təhlükəsizliyin təmin olunması kifayət etmir, eyni zamanda müəllim və şagirdlətrin psixoloji rifahı, emosional sabitliyi və sosial münasibətləri də diqqətdə saxlanılmalıdır.

Təhlükəsiz əmək şəraitinin yaradılması, işçilərin hüquqlarının qorunması, psixoloji dəstəyin təmin edilməsi, kollektiv daxilində sağlam münasibətlərin qurulması və maarifləndirmə işlərinin gücləndirilməsi qeyd olunub. Xüsusilə təhsil müəssisələrində sağlam mühitin yaradılması böyük əhəmiyyət daşıyır, çünki müəllim və şagirdlərin psixoloji vəziyyəti tədrisin keyfiyyətinə birbaşa təsir göstərir.

"Erkən nikah hallarının qarşısının alınması" və "Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması" mövzuları məktəbin direktoru Tapdıq Behbudovun çıxışında erkən nikahın fəsadları,onunla mübarizə yolları,sosial şəbəkələrin zərərli təsirindən mübarizə vasitələri,şagird davranış qaydaları və sair məsələlər barədə məlumat verdi.

Tədbirdə valideynlər ilə fikir mübadiləsi aparıldı,təkliflər və tövsiyələr dinlənildi. Ağcabədi rayonu Taynaq kənd R.Quliyev adına tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədir Həziyeva Gülnar Hikmət qızı “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək” mövzusunda təşkil edilən tədbirdə dəvət edilən qonaqlara,valideynlərə və müəllimlərə təşəkürünü bldirdi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: