“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Sağlam psixososial iş mühitinin yaradlmasını təmin edək!” mövzusunda görüş keçirildi

21/04/2026, 22:14
xeber1

21.04.2026-cı il tarixində Zarağan kəndi İlqar Cəbrayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Qəbələ rayonu üzrə təhsil sektorunun və ETİHİ-nin Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə sertifikasiya imtahanında ilk dəfə iştirak edəcək müəllimlərlə “Sağlam psixososial iş mühitinin yaradlmasını təmin edək!” mövzusunda görüş keçirildi. ‎

Tədbirdə Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, Qəbələ Rayon Komitəsinin sədri Camal Qurbanov, Qəbələ rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi Bilali Həmidə, məktəbin psixoloqu Əliyeva Elnarə, müəllimlər və məktəb rəhbəri iştirak etdilər.

28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə keçirilən tədbirdə üzvlərimizlə birbaşa dialoqun genişləndirilməsi, sağlam və təhlükəsiz iş mühitinin, xüsusilə psixososial rifahın təmin olunması istiqamətində mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb məlumat verildi. Eyni zamanda Müəllimlərin rəy və təklifləri dinlənildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: