“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Sağlam yaşayaraq” mövzusunda,İDHT Kollecində tələblər arasında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.

14/10/2025, 21:33
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatlarında narkomanlığ və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizədə səmərəliliyin artılması,təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi istiqamətində zəruri işlər görülür.Həftə ərzində həyata keçirilən tədbirlər çərçivəsində İsmayıllı rayonu R.Novruzov adına Basqal qəsəbə tam orta ümumtəhsil məktəbində yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə “Sağlam yaşayaraq” mövzusunda,İDHT Kollecində tələblər arasında “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”mövzusunda maarifləndirici tədbirlər keçirilmişdir.


Qeyd olunan tədbirlərdə İsmayıllı RİH-i,DŞRTİ İsmayıllı Rayon təhsil sektoru,RPŞ-nin əməkdaşları,ETİHİ RK-nin sədri və kollektiv üzvləri iştirak etdilər.


Keçirilən tədbirlərin məqsədi gənclər və yeniyetmələr arasında narkomaniyanın insan sağlamlığına göstərdiyi fəsadları və ziyanlı vərdişlərə qarşı mübarizə üsulları haqqında maarifləndirici məlumatları çatdırmaqdır.


ETİHİ Rayon Komitəsi ilk təşkilatlarda belə maarifləndirici tədbirləri müntəzəm olaraq davam etdirir.

#ETİHİ #AHİK #İDHTK #narkomaniyayaqarşımübarizə

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: