“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika İnternat Məktəbində növbədənkənar seçki keçirilib

22/10/2026, 13:13
xeber1


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nizami Rayon Komitəsinin üzv təşkilatı olan Sağlamlıq İmkanları Məhdud uşaqlar üçün 3 nömrəli Respublika İnternat Məktəbində ilk həmkarlar ittifaqı təşkilatının sədrinin seçilməsi məqsədilə növbədənkənar seçki keçirilib.

Seçkidə ETİHİ Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov və aparıcı mütəxəssis Namiq Gənciyev müşahidəçi qismində iştirak ediblər.

Həmkarlar ittifaqı üzvlərinin fəal iştirakı ilə keçirilən səsvermənin nəticələrinə əsasən, Hüseynova Sahilə Hüseyn qızı ilk həmkarlar ittifaqı təşkilatının sədri seçilib.

Seçkidən sonra Sübut Əsədov yeni seçilmiş sədrə tövsiyələrini verib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin qorunmasının, əmək şəraitinin və sosial rifahının yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq bu istiqamətdə həyata keçiriləcək işlərdə müvəffəqiyyətlər diləyib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: