“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şağlazüzə məktəbində dəyərli müəllimlərin və fədakar əməkdaşın 60 illik yubileyi qeyd olundu

03/03/2026, 16:07
xeber1

Astara rayonu Şağlazüzə kənd tam orta ümumtəhsil məktəbində məktəbin dəyərli müəllimləri Şirvanov Zakir Eynulla oğlu, Fətəliyev Nasir Sərdail oğlu, Salayeva Hicran Balahəsən qızı və fədakar texniki işçi İrşadova Tərgül Müdəssir qızının 60 illik yubileyləri münasibətilə səmimi və yaddaqalan tədbir keçirilmişdir.

Tədbirdə yubilyarların uzun illər ərzində göstərdikləri nümunəvi fəaliyyət, gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz rolu, kollektiv arasında qazandıqları dərin hörmət və etimad xüsusi vurğulanmışdır. Onların hər biri öz zəhməti, məsuliyyəti və yüksək peşəkarlığı ilə məktəbin inkişafında mühüm iz qoymuş, təhsilin keyfiyyətinin yüksəldilməsinə sanballı töhfələr vermişdir.

Çıxış edənlər yubilyarların zəngin həyat və fəaliyyət yoluna nəzər salaraq, onların sadəliyini, xeyirxahlığını, insanlara olan səmimi münasibətini və yüksək mənəvi keyfiyyətlərini minnətdarlıqla qeyd etmişlər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən yubilyarlar Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilmişdir.

Əziz yubilyarlarımıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və bundan sonrakı fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: