Xəbərlər
Şahağac kənd uşaq bağçasının əməkdaşı Saçlı Məmmədova yubileyi münasibətilə təltif olunub

Astara rayonu Şahağac kənd körpələr evi-uşaq bağçasının texniki işçisi Məmmədova Saçlı Hacı qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Saçlı xanımı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulamışlar.
Çıxışlarda onun uzun illər ərzində göstərdiyi nümunəvi əmək fəaliyyəti, işinə vicdanla və məsuliyyətlə yanaşması, kollektiv arasında qazandığı hörmət və nüfuz xüsusi qeyd olunmuşdur.
Bildirilib ki, Saçlı xanım öz zəhməti, səmimiyyəti və kollektivə bağlılığı ilə hər zaman həmkarlarının rəğbətini qazanmış, çalışdığı müəssisənin fəaliyyətinə öz töhfəsini vermişdir.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən yubilyara xatirə hədiyyəsi təqdim olunmuşdur.







