Xəbərlər
Şahdağ Tətil və İstirahət Mərkəzində istirahət

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nin dəstəyi ilə ölkənin müxtəlif şəhər və rayonlarında çalışan təhsil işçilərinin mənalı istirahətinin təşkili məqsədilə yay tətili günlərində istirahət mərkəzlərinə göndərişlər təqdim olunur. Bu sosial layihə çərçivəsində ETİHİ Ağstafa Rayon Komitəsi nin üzvü olan bir qrup müəllim də Şahdağ Tətil və İstirahət Mərkəzində istirahət etmək imkanı qazanmışdır.
İstirahət proqramından böyük məmnunluq duyduqlarını bildirən müəllimlər onlar üçün yaradılmış yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə səmimi minnətdarlıqlarını ifadə ediblər. Onlar qeyd ediblər ki, bu cür sosial layihələr təhsil işçilərinin istirahətinin səmərəli təşkilinə, sağlamlıqlarının möhkəmləndirilməsinə və yeni tədris ilinə yüksək əhval-ruhiyyə ilə başlamalarına mühüm töhfə verir.
Müəllimlər onlara göstərilən bu qayğı və dəstəyə görə Respublika Komitəsinin sədri Araz Pashayev ə təşəkkürlərini bildirərək, bu ənənənin gələcək illərdə də davam etdirilməsini arzulayıblar.





