Xəbərlər
"Şahin" hərbi-idman oyunlarında qalib olan komandamızın üzvlərinə və müəllimlərinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim edildi.

"Şahin" hərbi-idman oyunlarında qalib olan komandamızın üzvlərinə və müəllimlərinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin hədiyyələri təqdim edildi.
Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin İsmayıllı şöbəsinin rəisi Xəqani Fərzəliyev, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, şəhid valideynləri, məktəblərin Hərbi hazırlıq rəhbərləri iştirak etdi.
Komandanın üzvlərini və komandanı yarışa hazırlayan Hərbi hazırlıq rəhbərini təbrik etdik, hədiyyələrə görə Gənclər və İdman Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildirdik.
Xatırladaq ki, yarışda ETİHİ İsmayıllı rayon komitəsinin üzv təşkilatı Talıstan kənd tam orta ümumtəhsil məktəbin komandası III yerin qalibi olub.
















