Xəbərlər
Şahin hərbi-idman oyununun İsmayıllı rayon mərhələsi keçirildi.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, 09 aprel 2026-cı il tarixində İsmayıllı şəhər 3 saylı məktəb-liseydə “Şahin” hərbi-idman oyununun İsmayıllı rayon mərhələsi keçirildi.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi və idarənin əməkdaşları, YAP-ın İsmayıllı rayon təşkilatının sədri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri, SHXÇDX-nın əməkdaşları, məktəblərin hərbi və idman müəllimləri və X və XI sinif şagirdləri iştirak ediblər.
🇦🇿İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhadətə ucalmış şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edənlər “Şahin” hərbi-idman oyunlarının mahiyyəti barədə məlumat verib və hər bir komandaya uğurlar arzulayıblar.
“Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərmək, “Şanlı Zəfər” tarixini təbliğ etməkdən ibarətdir.
İsmayıllı rayon birinciliyinin nəticələri:
I yer - E. Bayramov adına Talıstan kənd tam orta məktəbin komandası
II yer - Lahıc qəsəbə tam orta məktəbin komandası
III - yer M. Əzimov adına Təzəkənd kənd tam orta məktəbin komandası
“Şahin” hərbi-idman oyununda qalib gələn komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.
























