“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Şahin” hərbi-idman oyununun VI zona üzrə regional mərhələsində Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası qalib gələrək respublika mərhələsinə vəsiqə qazanıb.

13/10/2025, 10:51
xeber1

22 aprel 2025-ci il tarixində Ağdaş rayonunda “Şahin” hərbi-idman oyununun VI zona üzrə regional mərhələsi keçirilib. Yarış Azərbaycan Respublikasının aidiyyati qurumlarının birgə təsdiqlədiyi əsasnaməyə uyğun olaraq təşkil olunub. Yarışın yekununda Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası qalib gələrək respublika mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, bu qalibiyyətin qazanılmasında Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri İbrahimli Namiq müəllimin böyük rolu var. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Mingəçevir şəhər komitəsinin sədri Həqiqət Şahmutadova Namiq müəllimlə görüşərək bu qalibiyyət münasibəti ilə onu təbrik etdi, gələcək işlərində uğurlar arzuladı. Namiq müəllim Fəxri fərmanla təltif olundu, mükafatlandırıldı və xatirə şəkili çəkildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: