Xəbərlər
Şahmat Məktəbinin kollektivi ilə görüş keçirilmişdir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan İdman Şahmat Məktəbinin kollektivi ilə görüş keçirilmişdir. Görüşdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illik yubileyi münasibətilə Ağstafa rayonunun təhsil işçiləri və ümumtəhsil müəssisələri arasında keçirilən şahmat turnirində yüksək fəallıqları ilə seçilən müəllimlərin peşəkarlığı, yarışa göstərdikləri maraq və şahmatın inkişafına verdikləri töhfə xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, dərəcəli və təcrübəli müəllimlərin əməyi nəticəsində şagirdlər şahmat sahəsində uğurlar qazanır, müxtəlif yarışlarda rayonumuzu layiqincə təmsil edirlər. Bu cür tədbirlərin keçirilməsi həm müəllim əməyinə verilən dəyərin göstəricisi, həm də gənc nəslin intellektual inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Sonda mükafatlandırılan müəllimlər onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmiş, gələcəkdə də şahmatın inkişafı və gənclərin bu sahəyə marağının artırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini qeyd etmişlər














