“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şahmat turnirinin növbəti mərhələsi keçirildi

05/04/2026, 12:46
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarına əsasən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümünə həsr olunmuş şahmat turnirinin ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatları arasında növbəti mərhələsi keçirildi. Turnirin keçirilməsində əsas məqsəd təhsil işçiləri arasında intellektual oyunlara marağın artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması, asudə vaxtın səmərəli təşkili və kollektivlər arasında həmrəyliyin möhkəmləndirilməsidir. Eyni zamanda, bu yarış Ulu Öndərin zəngin dövlətçilik irsinin, elmə və təhsilə verdiyi yüksək dəyərin bir daha təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.

İlkin turda rayonun müxtəlif ümumtəhsil müəssisələrinin komandaları iştirak edir. Görüşlər yüksək idman ruhu, qarşılıqlı hörmət və ədalətli mübarizə şəraitində keçirilir. Qalib komandalar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.Belə tədbirlər həm təhsil işçilərinin intellektual potensialının üzə çıxarılmasına, həm də kollektivlər arasında əməkdaşlıq və ünsiyyətin daha da möhkəmlənməsinə xidmət edir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: