“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şahmat turnirinin qalibləri mükafatlandırılıb

04/04/2026, 14:32
xeber1

Şəki şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində azərbaycanlı iş adamı, xeyriyyəçi, Saxa Respublikası Dövlət Məclisinin üzvü Əliş Məmmədovun oğlu şahmatçı Elvin Məmmədovun xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən şahmat üzrə rayon turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi,Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.


Tədbirdə Saxa Respublikası Dövlət Məclisinin üzvü,xeyriyyəçi Əliş Məmmədov,Saxa Respublikasından gəlmiş fəxri qonaqlar,ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşları Elxan Abdullayev və Yusif Dəmirov, Şəki rayonu üzrə Təhsil Sektorunun əməkdaşı Ruslan Əzizov,məktəb direktorları,Uşaq Gənclər İdman Şahmat məktəbinin əməkdaşları, müəllimlər,valideynlər və şagirdlər iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan “Əməkdar məşqçi” Sadiq Mehtiyev və çıxış edənlər; Əliş Məmmədov,Ziyafət Xasiyeva, Elxan Abdullayev,Ruslan Əzizov və digər qonaqlar şahmatçı Elvin Məmmədovun xatirəsini ehtiramla yad edərək, onun göstərdiyi nümunəvi keyfiyyətlərindən bəhs edib və şahmatın inkişafında belə tədbirlərin təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.


Sonda turnirin qaliblərinə tədbirin təşkilatçısı tərəfindən kubok,medal,fəxri fərman və pul mükafatı təqdim edilib.

Qeyd edək ki,şahmatçı Elvin Məmmədov Rusiyada yaşayan məşhur azərbaycanlılardan biri, tanınmış xeyriyyəçi Saxa Respublikası Dövlət Məclisinin üzvü, Saxanın Fəxri vətəndaşı və hazırda Saxa Azərbaycanlıları Cəmiyyətinin – Saxadakı diaspor təşkilatının başçısı Əliş Zabid oğlu Məmmədovun oğludur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: