Xəbərlər
Şahmat üzrə rayon turniri
Bərdə rayon komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri arasında Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı uğurla başa çatdırıldı. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə rayon komitəsinin sədri Misir Ənvərli çıxış edərək yarışın əhəmiyyətindən bəhs etdi, iştirakçılara uğurlar arzuladı. Yarış iştirakçılar arasında böyük maraq və rəqabət şəraitində baş tutdu.
Yarışın nəticələrinə əsasən:
I yer – İsmayilov Sərvan Əlövsət oğlu (Lənbəran kənd tam orta ümumtəhsil məktəbi)
II yer – Məmmədov Ərəstun Cavanşir oğlu (Şəhər 5 saylı tam orta ümumtəhsil məktəbi)
III yer – Yolçuyev Fəxrəddin Müsləddin oğlu (Şəhər 2 saylı tam orta ümumtəhsil məktəbi)
İştirakçılar yüksək səviyyədə çıxış edərək yarışda fəallıq göstərdilər,qaliblərin təltif olunması mərasimi keçirildi və fəxri fərmanlar və hədiyyələr komitə sədri tərəfindən təqdim olundu.
Qeyd edək ki, I yerin qalibi İsmayilov Sərvan Əlövsət oğlu Respublika üzrə keçiriləcək şahmat yarışında iştirak etmək hüququ qazandı.








