Xəbərlər
Şahmat üzrə şəhər turniri

Sumqayıt şəhər komitəsinin təşkilatçılığı ilə ittifaq üzvləri arasında Ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirildi. Tədbirdə ETİHİ Sumqayıt şəhər komitəsinin sədri Elşad Novruzov çıxış edərək yarışın əhəmiyyətindən bəhs etdi, iştirakçılara uğurlar arzuladı. Yarış iştirakçılar arasında böyük maraq və rəqabət şəraitində baş tutdu.
Yarışın nəticələrinə əsasən: 🥇 I yer – Məmmədov Tahir Hidayət oğlu (11 nömrəli tam orta ümumtəhsil məktəbi)
🥈 II yer – Ağacan Rəfiqə Yafəs qızı (12 nömrəli tam orta ümumtəhsil məktəbi)
🥉 III yer – Quliyev Kamran Fəxrəddin oğlu (Sənaye və Yüksək Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzi)
İştirakçılar yüksək səviyyədə çıxış edərək yarışda fəallıq göstərdilər,qaliblərin təltif olunması mərasimi keçirildi və fəxri fərmanlar və mükafatlar komitə sədri tərəfindən təqdim olundu.
Qeyd edək ki, I yerin qalibi Məmmədov Tahir Respublika üzrə keçiriləcək şahmat yarışında iştirak etmək hüququ qazandı.









