Xəbərlər
Şahmat və voleybol turnirinin qaliblərinə mükafatlar təqdim olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin rayon və şəhər komitələrində “Konstitusiya və Suverenlik ili” çərçivəsində genişmiqyaslı idman turnirlərinə start verilib.
ETİHİ Ağstafa Rayon Komitəsi məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib.
Qəbələ rayonunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat birinciliyi baş tutub. ETİHİ Xətai Rayon Komitəsi təhsil müəssisələrində çalışan qadın təhsil işçiləri üçün voleybol turniri təşkil edib. Bununla yanaşı, ali təhsil müəssisələrində tələbələr arasında şahmat turnirləri reallaşdırılıb.
Tələbələr və təhsil əməkdaşları arasında keçirilən yarışların əsas məqsədi şahmata və intellektual oyunlara marağı artırmaq, ittifaq üzvləri arasında sağlam rəqabət və intellektual inkişaf mühitini gücləndirməkdir.





