Xəbərlər
Şahmat yarışı
07/04/2026, 22:41

H.R.Əfəndi adına Qaraman kənd tam orta məktəbdə “İdman aylığı” çərçivəsində şagirdlər arasında keçirilən şahmat yarışı böyük maraq və yüksək əhval-ruhiyyə ilə baş tutduz
Zəka, diqqət və strateji düşüncənin vəhdəti olan şahmat yarışında şagirdlər öz bacarıqlarını nümayiş etdirərək sağlam rəqabət mühiti formalaşdırdılar. Yarış boyunca iştirakçılar həm düşünmə qabiliyyətlərini inkişaf etdirdi, həm də dostluq və fair-play prinsiplərini ön planda saxladılar.
Belə tədbirlər gənc nəslin intellektual inkişafına, onların asudə vaxtının səmərəli təşkilinə və idmana olan marağının artırılmasına mühüm töhfə verir.
Qalibləri təbrik edir, bütün iştirakçılara gələcək yarışlarda uğurlar arzulayırıq!







