Xəbərlər
Şahmat yarışı keçirildi

Bu gün ETİHİ Cəlilabad Rayon Komitəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümü münasibətilə təhsil işçiləri arasında şahmat yarışının rayon birinciliyi keçirildi.
Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Nəbi İskəndərov, Rayon Təhsil Sektoru və UGİŞM-in əməkdaşları, ilk təşkilatlarda fəailiyyət göstərən 32 nəfərdən çox şahmat həvəskarları iştirak etdilər.Öncə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Qeyd olundu ki, ETİHİ Respublika Komitəsinin təşəbbüsü ilə keçirilən bu yarışda l yeri tutan təhsil işçisi May ayında keçiriləcək final yarışına vəsiqə qazanacaqdır.
Gərgin və maraqlı keçən yarışın nəticələri belə oldu.
I yer-Ağayev Süleyman Xeyrulla oğlu -Privolnoye kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbi, fiziki tərbiyə müəllimi.
II yer- Nəhmətov Elnur Yadulla oğlu-Sabirabad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbi-kimya müəllimi.
III yer-Nuriyev Bəşir Mətləb oğlu-Gülməmmədli kənd tam orta ümumtəhsil məktəbi- tarix müəllimi.
Yarışın ümumi nəticələrinə görə Ağayev Seymur Respublika final yarışında iştirak etmək hüququ qazandı. Təbrik edirik.
Bütün qaliblər ETİHİ Cəlilabad Rayon Komitəsi tərəfindən diplomla mükafatlandırıldı.






