“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şahmat yarışlıarının rayon mərhələsi yekunlaşdı.

05/04/2026, 10:59
xeber1

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan respublikanın ümumi təhsil müəssisələrinin təhsil işçiləri arasında şahmat yarışının keçirilməsi haqqında” Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin qərarına əsasən ETİHİ Qəbələ rayon komitəsi üzrə ümum təhsil müəssisələrində işləyən təhsil işçiləri arasında şahmat yarışlarının rayon mərhələsi yekunlaşdı. Üçüncü mərhələ(Final mərhələsi)- aprel ayının sonu, may ayının əvvəli Sumqayıt şəhərində olacaq. Yarışların keçirilməsində göstərdikləri dəstəyə görə Qəbələ rayon təhsil sektorunun müdiri Arifə xanım Bayramovaya, Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Ədalət Əliyevə və kollektivinə təşəkkür edirik. Yarışların nəticələrinə əsasən qaliblər diplom və hədiyyələrlə təltif olundular.

Kişilər arasında:

I yer: Quluyev Fariz Şahid oğlu, Elsevər Kərimov adına Soltannuxa kənd tam orta ümumtəhsil məktəbin müəllimi

II yer: Salamov Xalis Süleyman oğlu, Şükür Eyvazov adına Yemişanlı kənd tam orta ümumtəhsil məktəbin müəllimi

III yer: Rəcəbov Raciv Fazil oğlu, Zarağan kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi

Qadınlar arasında:

I yer: Məmmədova Hümeyla Sracəddin qızı, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

II yer: Alməmmədova Durdanə Fətullah qızı, Uşaq-gənclər idman-şahmat məktəbin müəllimi

III yer: Babayeva İlahə Elbrus qızı, Uşaq-gənclər idman-şahmat məktəbin müəllimi

Ümumi yarışın qalibləri:

I yer: Quluyev Fariz Şahid oğlu, Elsevər Kərimov adına Soltannuxa kənd tam orta ümumtəhsil məktəbin müəllimi

II yer: Salamov Xalis Süleyman oğlu, Şükür Eyvazov adına Yemişanlı kənd tam orta ümumtəhsil məktəbin müəllimi

II yer: Məmmədova Hümeyla Sracəddin qızı, Pərviz Osmanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

III yer: Alməmmədova Durdanə Fətullah qızı, Uşaq-gənclər idman-şahmat məktəbin müəllimi 

Şahmat üzrə yarışın keçirilməsinin əsas məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin intellektual potensialının artırılması, sağlam həyat tərzinin təşviqi, asudə vaxtın səmərəli təşkili, həmçinin kollektivlər arasında əməkdaşlıq və ünsiyyətin möhkəmləndiril-məsindən ibarətdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: