“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şair publisist Barat Vüsalın 75 illik yubileyinə həsr olunmuş tədbir

16/07/2026, 16:38
xeber1

Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tanınmış şair publisist Barat Vüsalın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə rayonun ziyalıları, ictimaiyyət nümayəndələri və ədəbiyyatsevərlər iştirak edərək şairin Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən, zəngin yaradıcılıq yolundan və milli-mənəvi dəyərlərin təbliğindəki xidmətlərindən bəhs etdilər.ETİHİ Ağstafa Rayon Komitəsi olaraq dəyərli söz ustadı Barat Vüsalı 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdik. Ona möhkəm cansağlığı, uzun və mənalı ömür, tükənməz yaradıcılıq ilhamı, yeni-yeni uğurlar arzuladıq. İnanırıq ki, onun zəngin ədəbi irsi bundan sonra da oxucuların qəlbində yaşayacaq, gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda yetişməsinə öz töhfəsini verməyə davam edəcək.

Barat Vüsala bundan sonrakı həyat və fəaliyyətində də yeni yaradıcılıq uğurları, xoş günlər və möhkəm cansağlığı arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: