“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Salyan məktəblisi "Əlaçı" intellektual oyununun qalibi olub

20/04/2026, 16:15
xeber1

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əlaçı" intellektual oyununun növbəti qalibi Salyan şəhəri Y.Qafarov adına 8 saylı tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Sədiyev Talıb Cəlal oğlu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin mükafatına layiq görülüb.

Komitə sədri Aynur Əsgərova 20 aprel 2026-cı il tarixində təhsil müəssisəsinə olub. O, məktəblini qazandığı yüksək nəticəyə görə təbrik edərək, əldə etdiyi uğurun onun istedadı, zəhməti və əzmi bahasına başa gəldiyini vurğulayıb, bu işdə əməyi keçən şagirdin valideynlərinin və müəllim kollektivinin də xüsusi rolu olduğunu qeyd edib. Aynur Əsgərova Talıb Sədiyevin sinif yoldaşları ilə də görüşüb, onlara təhsil həyatında uğurlar arzulayıb.

Daha sonra komitə sədri məktəbin ittifaq üzvü olan texniki heyəti ilə görüşüb.

Görüşün məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və istəklərini dinləmək, təhsil müəssisəsində əmək şəraitinin vəziyyəti ilə yaxından tanış olmaq, həmçinin onların rifahının təmin olunması və sosial hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olub.

Komitə sədri Aynur Əsgərova kollektivlə səmimi söhbətlər aparıb, təşkilat tərəfindən həyata keçirilən məqsədyönlü işlər və sosial layihələr barədə ətraflı məlumat verib.

Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi rəy və təkliflər diqqətə alınaraq onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: