Xəbərlər
Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib

Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları -baş gizir Abdulla Əliyev, gizir Zamiq Əsgərov, ehtiyatda olan kapitan Rəsul Ağayev, mayor Faiq Abdullayev, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, Heydər Əliyev Mərkəzinin müdiri Nübar Əliyeva, Salyan rayon Mərkəzi Kitabxana Sisteminin uşaq şöbəsinin müdiri Aygün Şıxlarova, eləcə də mərkəzin müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi sevgi və ehtiramla yad edilərək, ardınca onların döyüş yolundan bəhs edən videoçarx nümayiş etdiriib.
Mərkəzin dərnək üzvlərinin ifasında səslənən şeirlər, musiqi parçaları və bədii kompozisiyalar tədbirə xüsusi rəng qataraq izləyənlərə duyğulu anlar yaşadıb.











