Xəbərlər
Salyan rayonunda 02-07 mart İdman həftəsi çərçivəsində "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar keçirilib.

05 mart 2026-cı il tarixində Salyan Rayon Olimpiya İdman Kompleksində ETİHİ Salyan Rayon Komitəsinin üzv təşkilatı Salyan rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin və Salyan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə İdman həftəsi çərçivəsində "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş müxtəlif idman növləri üzrə nümunəvi oyunlar keçirilib.
Tədbirdə rayonun idmançıları və məşqçi-müəllimləri ilə yanaşı , ictimaiyyət nümayəndələri də iştirak edib.
İdmançılar sərbəst güləş, cüdo, karate, boks, futbol, şahmat, stolüstü tennis, kikboksinq, qol güləşi, voleybol, güllə atıcılığı idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirib.
Tədbir zamanı il ərzində Respublika səviyyəli yarışlarda yüksək nəticə göstərmiş idmançılar 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunub.
Sonda idmançılarla xatirə şəkilləri çəkdirilib.










