“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Salyan rayonunda 1 Oktyabr- Ahıllar günü qeyd edildi

01/10/2025, 15:56
xeber1

1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür 

BMT Baş Məclisinin müvafiq Qətnaməsinə əsasən 1 oktyabr - Dünya Ahıllar Günü bütün dünyada olduğu kimi, ölkəmizdə də xüsusi qeyd olunur.

Bu günün təsis olunmasında məqsəd bu kateqoriyadan olan insanların sosial-məişət problemlərini, tibbi ehtiyaclarını öyrənmək və ictimaiyyətin diqqətini bu məsələlərin həllinə yönəltməkdir.

Ölkəmizdə ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir, təminatlarının artırılması üçün ardıcıl işlər görülür.

Azərbaycanın böyüklərə yüksək hörmət, yaşlılara ehtiram ənənəsindən irəli gələrək istər ailədə, istərsə də cəmiyyətdə ahıllara xüsusi dəyər verilir, onların həyat təcrübələri gənc nəslə örnək kimi ötürülür.

 1 oktyabr 2025-ci il tarixində ETİHİ Salyan Rayon Komitəsi və YAP Salyan Rayon Təşkilatının təşkilatçılığı ilə uzun illər Salyan rayonunun təhsil sahəsində çalışmış, gənc nəslin təlim-tərbiyəsi prosesində xüsusi xidmətlər göstərmiş bir neçə müəllim evlərində ziyarət olunmuşdur. 

 Görüşlər zamanı ahılların sağlamlıq vəziyyəti və gündəlik qayğıları ilə maraqlanılaraq, səmimi söhbətlər aparılmış, xatirələr yada salınmış, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsi tərəfindən onlara hədiyyələr təqdim edilmişdir. Təhsil sahəsində uzun illər fədakarlıqla çalışan bu şərəfli peşənin sahibləri sonda hər iki qurumun rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: