Xəbərlər
Salyan rayonunda "26 Noyabr-Kəlağayı Günü"nə həsr olunmuş "Qədim zəriflik:-Kəlağayı" adlı tədbir keçirilib

ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyi "26 Noyabr-Kəlağayı Günü"nə həsr olunmuş "Qədim zəriflik:-Kəlağayı" adlı tədbirdə iştirak edib.
Salyan rayon tarix diyarşünaslıq muzeyində keçirilən tədbir milli mədəniyyətimizin qorunması, təbliği və zəngin ipəkçilik ənənələrimizin cəmiyyətə daha dolğun şəkildə çatdırılması məqsədilə baş tutub. Kəlağayının qədim tarixini, incə naxışlarının mənasını, milli geyim mədəniyyətimizdəki xüsusi yerini əks etdirən nadir eksponatların nümayiş etdirildiyi sərgi iştirakçıların zövqünü oxşayıb. Qədim zərifliyin müasir baxışla birləşdiyi sərgidə iştirakçılar mədəni irsimizə verilən dəyərin şahidi olub, unudulmaz bir sənət yolculuğu yaşamaq üçün gözəl fürsət əldə edib, xalqımızın qədim rəngli və zərif ənənəsini yaşadanlara minnətdarlıqlarını bildiriblər.








