Xəbərlər
Salyan rayonunda İftar süfrəsi təşkil olunub

16 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvü olan şəhid ailələri, qazilər, müharibə veteranları və rayonun təhsil müəssisələrində çalışan işçilərin iştirakı İftar süfrəsi təşkil olunub.
Tədbiri giriş sözü ilə açan ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova mübarək Ramazan ayında açılan İftar süfrəsinin bərəkətini birlikdə paylaşan bütün iştirakçıları salamlayaraq, onları qarşıda gələn Ramazan və Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra dini ərazi bölməsinin nümayəndəsi tərəfindən "Qurani-Kərim"sən ayələr və dualar oxunub, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi dərin hörmət və ehtiram hissi ilə yad edilib.
Tədbirdə iştirak edən ittifaq üzvləri təşkil olunan İftar süfrəsinin mahiyyətini vurğulayaraq belə mərasimlərin insanlar arasında birlik, bərabərlik, xeyirxahlıq, mərhəmət hissi kimi müsbət keyfiyyətlərin formalaşmasına xidmət etdiyini bildirərək, tədbirin təşkilatçılarına minnətdarlıqlarını çatdırıblar.

















