“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Salyan rayonunda ittifaq üzvləri ilə görüşlər keçirilib.

12/03/2026, 17:21
xeber1


ETİHİ Salyan Rayon Komitəsi tərəfindən həyata keçirilən “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində 12 mart 2026-cı il tarixində Salyan şəhəri C.Yegənov adına 7 nömrəli, N.İbrahimov adına 11 nömrəli və 18 nömrəli uşaq bağçalarında ittifaq üzvləri ilə görüşlər keçirilib.

Görüşlərin məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və istəklərini dinləmək, bağçalarda əmək şəraitinin vəziyyəti ilə yaxından tanış olmaq, həmçinin onların rifahının təmin olunması və sosial hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olub.

Komitə sədri Aynur Əsgərova kollektivlərlə səmimi söhbətlər aparıb, təşkilat tərəfindən həyata keçirilən məqsədyönlü işlər və sosial layihələr barədə ətraflı məlumat verib.

Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi rəy və təkliflər diqqətə alınaraq onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: