“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Salyan rayonunda ittifaq üzvləri ilə görüşlər keçirilib

09/04/2026, 16:34
xeber1

ETİHİ Salyan Rayon Komitəsi tərəfindən həyata keçirilən “Ey hörmətli müəllim!” layihəsi çərçivəsində 09 aprel 2026-cı il tarixində Salyan rayonu Yenikənd kənd S. Cəfərov adına tam orta ümumtəhsil məktəbində, Salyan şəhəri V.Hüseynov

adına 3 nömrəli , Çuxanlı kənd S. İbişov adına 17 nömrəli və Salyan şəhəri 8 nömrəli uşaq bağçalarında ittifaq üzvləri ilə görüşlər keçirilib.

Görüşlərin məqsədi ittifaq üzvləri ilə birbaşa ünsiyyət qurmaq, onların təklif və istəklərini dinləmək, bağçalarda əmək şəraitinin vəziyyəti ilə yaxından tanış olmaq, həmçinin onların rifahının təmin olunması və sosial hüquqlarının qorunması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermək olub.

Komitə sədri Aynur Əsgərova kollektivlərlə səmimi söhbətlər aparıb, təşkilat tərəfindən həyata keçirilən məqsədyönlü işlər və sosial layihələr barədə ətraflı məlumat verib, eyni zamanda, Yenikənd məktəbinin coğrafiya müəllimi Sənan Fərəcov RFO-nun final mərhələsinə vəsiqə qazanan şagirdinin uğurlarına görə Komitə tərəfindən Fəxri Fərman və mükafata layiq görülüb.

Görüşün sonunda ittifaq üzvlərinin səsləndirdiyi rəy və təkliflər diqqətə alınaraq onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb, kollektiv üzvləri ilə xatirə şəkilləri çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: