Xəbərlər
Salyanda oğlanlardan ibarət komandalar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib

17 dekabr 2025-ci il tarixində Salyan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin idman zalında Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilib .Sonra Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Aynur Əsgərova və Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının məsləhətçisi Yalçın Abdullazadə iştirakçıları salamlayaraq onlara uğurlar arzu edərək bildiriblər ki, "31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" dünyada yaşayan azərbaycanlıların milli birlik, milli kimlik və Vətən sevgisi ətrafında birləşməsinin rəmzidir. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi ideyası dövlət siyasətinin mühüm istiqamətinə çevrilib.Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün də yaşayır və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da qüdrətlənir, dünya azərbaycanlılarının birliyi yeni mərhələyə yüksəlir.
Sonra birinciliyin qaydaları iştirakçılara izah olundu və yarışa start verilib.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda I yeri Salyan şəhər A. Pənah adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb liseyin komandası, II yeri Salyan şəhər M.Muradxanov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası, III yeri isə Salyan şəhər Y. Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası qazanıb. Sonda qalib komandalar diplomlar, məşqçi müəllimlər isə pul mükafatı ilə təltif ediliblər.









