Xəbərlər
Salyan rayonunda qanvermə aksiyası keçirilib
07/04/2026, 16:18

7 aprel 2026-cı il tarixində Ümumdünya Sağlamlıq Günü münasibətilə Salyan Rayon Mərkəzi Xəstəxanasında “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində “Bir damla bir həyat bəxş edir” adlı qanvermə aksiyası təşkil olunub.
Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə, eləcə də qana ehtiyacı olan xəstələrə dəstək məqsədi daşıyan aksiya Respublika Qan Bankının Şirvan bölməsinin tibbi briqadası tərəfindən həyata keçirilib.






