“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Salyan rayonunda şahmat idman növü üzrə rayon birinciliyinə yekun vurulub.

12/02/2026, 16:45
xeber1

11 fevral 2026-cı il tarixində Salyan Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Salyan Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Salyan Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 6 fevral tarixində başlanan Birinci Qarabağ Müharibəsi Şəhidi Fikrət Mustafayevin xatirəsinə həsr edilmiş şahmat idman növü üzrə rayon birinciliyinə yekun vurulub. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra, Salyan Rayon Uşaq - Gənclər İdman - Şahmat Məktəbinin direktoru Bilal Ələkbərov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov və Salyan Rayon İcra Hakimiyyətinin ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhərrəm Məmmədov, birinciliyin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıblar. Sonda birinciliyin qalibləri Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə təltif ediliblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: