Xəbərlər
Salyan rayonunda təhsil sahəsində çalışan qadınlar təltif olunub
06/03/2026, 17:24

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirlərdə üzv təşkilatlarda çalışan qadın ittifaq üzvləri ETİHİ Salyan Rayon Komitəsi tərəfindən hədiyyə və mükafatlarla təltif olunub.
Tədbirlərdə Azərbaycan qadınının cəmiyyət həyatının bütün sahələrindəki rolu xüsusi vurğulanıb. Ölkəmizin ictimai -siyasi, sosial -iqtisadi, elmi-mədəni proseslərində uğurla təmsil olunan qadınlarımızin cəmiyyətimizə böyük töhvələr verdiyi qeyd olunub.
Bayram münasibətilə təbrik edilən qadınlar göstərilən diqqətə və dəyərə görə minnətdarlıqlarını bildiriblər.



















