“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Salyan rayonunun təhsil işçiləri arasında şahmat yarışı keçirilib

02/04/2026, 16:34
xeber1

ETİHİ Salyan Rayon Komitəsinin təşkilatçılığı ilə Salyan rayonu UGİŞM-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan rayon ümumtəhsil müəssisələrinin işçiləri arasında Şahmat yarışı təşkil edilib.

Məktəb turlarının qalibi olan işçilər arasında 02 aprel 2026-cı il tarixində yarış keçirilib. Gərgin keçən mübarizə sonunda yarısin qalibləri müəyyənləşib:

Salyan rayon Dayıkənd kənd A.Nağıyev adına tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi Kazımov Fuad Əzizağa oğlu - I Yer


Salyan rayonu Xələc kənd İ.İbrahimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi Fərzəliyev Elşad Becan oğlu - II Yer


Salyan şəhəri Y.Qafarov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi Abuşov Xeyrulla Adil oğlu- III Yer


Qaliblər ETİHİ Salyan Rayon Komitəsinin diplom və mükafatları ilə təltif olunub, iştirakçilar maraqlı oyunun təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.

Şahmat üzrə yarışların keçirilməsində məqsəd rayon ümumtəhsil məktəblərinin işçiləri arasında intellektual potensialın gücləndirilməsi, sağlam həyat tərzinin təşfiqi, asudə vaxtın səmərəli təşkili, həmçinin kollektivlər arasında əməkdaşlığın möhkəmləndirilməsi, güclü şahmatçıların aşkara çıxarılmasından ibarətdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: