“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Salyanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib

23/12/2025, 17:14
xeber1

23 dekabr 2025-ci il tarixində Salyan Rayon Heydər Əliyev Mərkəzində “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş “Azərbaycançılıq - milli dövlətçilik, milli birlik və həmrəylik ideyasıdır” mövzusunda tədbir keçirilib. Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının, Salyan Rayon Heydər Əliyev Mərkəzinin, Salyan rayon Mədəniyyət Mərkəzinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsi, “Murad” Əlillər İctimai Birliyi və Salyan rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiram hissi ilə yad edilib.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova və digərləri çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyətindən, azərbaycançılıq ideologiyasının milli dövlətçilik, milli birlik və həmrəylik baxımından mühüm rolundan bəhs edib, Ümummilli Lider Heydər Əliyevin bu ideyanın formalaşması və möhkəmlənməsində müstəsna xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında azərbaycançılıq ideyası daha da güclənib, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi yeni mərhələyə yüksəlib.

Tədbir çərçivəsində fiziki məhdudiyyətli şəxslərin, Salyan rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgidə dekorativ-tətbiqi sənət nümunələri, toxuma, tikmə və rəsm əsərləri nümayiş edilib. Eyni zamanda rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri səsləndirilib, fiziki məhdudiyyətli uşaqların ifasında rəqs nümunələri təqdim olunub.

Tədbir zamanı şəhid Sabir Salahovun anası Sevgül Salahovaya Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim edilib.

Tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlara ETİHİ Salyan Rayon Komitəsi tərəfindən yeni il hədiyyələri təqdim olunub.



Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: