“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Salyanda "Erkən nikah və yarımçıq təhsil" adlı maarifləndirici tədbir keçirilib.

09/02/2026, 16:43
xeber1

Salyan rayon Çuxanlı kənd tam orta ümumtəhsil məktəbində Salyan Rayon İcra Hakimiyyətinin, Şirvan- Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun, Şirvan - Salyan Regional Gənclər və idman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun, ETİHİ Salyan Rayon Komitəsinin, YAP Salyan Rayon Təşkilatının, Salyan Regional "Asan Xidmət" Mərkəzinin birgə təşkilatçılığı ilə "Erkən nikah və yarımçıq təhsil" adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edənlər erkən nikahın valideynlərin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və ya hər hansı digər səbəblərdən baş verməsindən asılı olaraq ciddi narahatlıq doğuran bir məsələ olduğunu bildiriblər. Erkən nişanlanma qızların bir çox halda Konstitusiyada təsbit edilən təhsil almaq, əmək, öz şəxsi həyatı ilə bağlı digər qərarlar qəbul etmək kimi hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bir çox halda erkən yaşda nişanlanan qızlar təhsildən yayınır, gələcəkdə təhsil və karyera ilə bağlı planları realizə etmək hüquqlarından məhrum edilirlər.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb və onlara bukletlər paylanılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: